"Sevgilimin sayəsində çətinlikləri aşmışam" - Günay İbrahimli

30 ноября 2016 15:27

Day.Az представляет новость на азербайджанском языке

Elə bilirsiniz, müğənniyəm deyə, yemək bişirə bilmirəm? Elə dadlı yeməklər edirəm ki... Məhərrəmlikdə ev işlərinə daha çox vaxtım oldu, seriala da baxıram, yemək də edirəm.

Day.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Günay İbrahimli deyib.

Sənətçi sevgilisindən danışıb. O, "Sevgilin üçün hansı yeməyi hazırlamısan" sualına belə cavab verib:

"Daha çox restorana şam yeməyinə gedirik. Amma o da mənim üçün yeməklər hazırlayır. Əlinin duzu var, dadlı edir. Yemək barəsində ondan çox şey öyrənmişəm. Bildiyimiz yeməklərin çoxunu bişirmişəm".

G.İbrahimli sevgilisinin ünvanına təriflər yağdırıb:

"Həddindən artıq yaxşı insandır. Bizdə sevgiylə iş bitmir. Mənim həm dostum, həm də dayağımdır. O insanın sayəsində çətinlikləri aşmışam. Hər zaman ona minnətdaram".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.