Cəlilabadda qanunsuz ov edən şəxslər saxlanılıb - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Cəlilabadda qanunsuz ov edən şəxslərə qarşı reyd keçirilib.
Day.Az APA-ya istinadən xəbər verir ki, reyd Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının birgə iştirakı ilə təşkil olunub.
Nəticədə Mahmudçala ovçuluq təsərrüfatında qanunsuz ov edən Cəlilabad şəhər sakinləri Asif Soltanov, Tahir Məmmədov və rayonun Uzuntəpə kənd sakini İnşallah Həsənov saxlanılıblar.
Araşdırmalardan onların ov etmək barədə icazə üçün heç bir lisenziya sənədinin olmadığı müəyyənləşdirilib. Ovlanmış 25 baş gərəf, 8 baş çöl ördəyi müsadirə olunub. Saxlanılan zaman o da məlum olub ki, ovçulardan Tahir Məmmədovun üzərindəki ov tüfəngi heç bir yerdə qeydiyyatda deyil.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре