Səlçuk İnan və Podolski yeməkxanada dalaşıb? - Açıqlama

Day.Az представляет новость на азербайджанском языке.


Dünən yayınlanan "Teleqol" verilişində "Qalatasaray"ın bazasındakı yeməkxanada Səlçuk İnan və Almaniya yığmasının polşalı hücumçusu Lukas Podolskinin dalaşdığına dair jurnalist Sərhat Uluərən iddia səsləndirib.

O bildirib ki, adını çəkmək istəmədiyi klub rəhbərliyindən bir nəfər də bunu təsdiqləyib.

Qaynar.info xəbər verir ki, çox keçmədən "Qalatasaray" cəbhəsindən bu fikirlərə rəsmi cavab verilib.

Belə ki, "Qalatasaray" rəsmi saytı vasitəsilə bildirib ki, bu iddia tam əsassızdır. Klub kapitanları Səlçuk İnan haqqında "Mafioz" kəlməsini işlədən Sərhat Uluərən haqqında məhkəməyə şikayət edəcəklərini açıqlayıb.