"Bu, radikal müxalifətin acınacaqlı vəziyyətindən xəbər verir"
Day.Az представляет новость на азербайджанском языке:

"Radikal müxalifətin MSK-ya səlahiyyətli nümayəndə təyin edə bilməməsi onların acınacaqlı vəziyyətindən xəbər verir".

Milli.Az SİA-ya istinadən bildirir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

O, radikal müxalifətin Mərkəzi Seçki Komitəsinə səlahiyyətli nümayəndə təyin edə bilməməsinə münasibət bildirib: "Ümumiyyətlə müxalifət seçkilərə çox hazırlıqsız başladı. Onların bir qismi namizəd verə bilmədiklərinə görə seçkilərdə iştirak edə bilmədi. Bir qisminin seçici namizədlər siyahısı yarımçıqdır. Təqdim etdikləri namizədlər isə cəmiyyətdə tanınmır. İndi isə MSK-ya səlahiyyətli nümayəndə təyin edə bilmirlər".

Onun sözlərinə görə, hazırda radikal müxalifət partiyalarının cəmiyyətdəki nüfuzunun azdır, insanlar onlara inanmır və onların reallıqdan uzaq bir siyasət yeridirlər: "Azərbaycanda müəyyən tərəfdarları olan konstruktiv müxalifət partiyaları var. Onlar üzvləri tərəfindən parlamentdə təmsil olunurlar. Hesab edirəm ki, radikal müxalifət partiyalarının MSK-ya səlahiyyətli nümayəndə təyin edə bilməməsi onların acınacaqlı vəziyyətindən xəbər verir. Nə qədər ki, onlar bu cür radikal siyasət aparır, özlərinin partiya maraqlarını Azərbaycanın milli maraqlarından üstün tuturlar o zaman daima çətinliklərlə üzləşəcəklər".