https://news.day.az/society/580476.html
Türkiyə mətbuatı: "Bakıda "11 sentyabr" olayı...
Bu gün Bakıda Azadlıq prospektində baş verən yanğın dünya mətbuatının da diqqətini çəkib.
Anspress-in məlumatına görə, bir sıra türk, rus və ingilis dilində olan xəbər agentlikləri və saytlar həmin faciə haqqında yazıb.
Türkiyənin "Hürriyyet" saytı isə yanğını ABŞ-da baş verən 11 sentyabr hadisələri ilə müqayisə edib: "Eynilə 11 sentyabr kimi".
Bundan başqa, "Ria.ru", "Dailymail", "Abcnews" və bir sıra başqa xəbər agentlikləri də Azadlıq prospektində baş verən yanğın haqqında məlumatlar paylaşıb. Yanğın haqqında "Wikipedia" səhifəsi də yaradılıb.
Xatırladaq ki, dəhşətli yanğın hadisəsi bu gün səhər saatlarında Binəqədi rayonu, Azadlıq 189 ünvanında baş verib. 16 mərtəbəli bina alovlanıb. Hadisə yerinə onlarla təcili yardım və yanğınsöndürən briqadaları cəlb edilib.

Day.Az представляет новость на азербайджанском языке.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре