"Avtovağzal" metro stansiyasının çıxışlarından biri bağlanıb - SƏBƏB

Day.Az представляет новость на азербайджанском языке
Bakı Metropoliteninin "Avtovağzal" stansiyasının giriş-çıxışlarından biri bağlanıb.
Day.Az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə veridiyi xəbərə görə, ayaqaltıların dəyişdirilməsi və digər texniki işlərin aparılması ilə bağlı "2-ci keçid" müvəqqəti olaraq bağlanıb:
"Nəzərdə tutulan təmir işləri ilə bağlı "2-ci keçid" müvəqqəti olaraq bağlanıb, ancaq buna baxmayaraq, sərnişinlər həmin yerdən 10 metr kənarda olan "1-ci keçid"dən istifadə edə bilərlər".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре