İlon Maskdan yeni möhtəşəm nəticə

Day.Az представляет новость на азербайджанском языке

Amerikalı milyarder "SpaceX" korporasiyası "Falcon Heavy" superağır daşıyıcı raketinin ilk kommersiya buraxılışını uğurla həyata keçirib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, raket "Arabsat-6A" telekommunikasiya peykini orbitə çıxarıb.

Missiyaneın ikinci hissəsi də uğurlu olub - ilk pillənin 3 sürətləndiricisinin hamısı sonradan buraxılışlarda istifadə olunmaq üçün eniblər.

İki yan sürətləndirici start yerindən kənardakı LZ-1 və LZ-2 zonalarına, mərkəzi hissəsi isə Atlantik okeandakı "Of Course I Still Love You" dəniz platformasına enib.

"Arabsat-6A" peykini daşıyan "Falcon Heavy" raketi bu gecə ABŞ-dakı Kanaveral burnunda yerləşən Kennedi adına kosmodromdan, LC-39A meydançasından kosmosa buraxılıb.

"SpaceX" bu buraxılış üçün ilk pillənin modifikasiya olunmuş "Block 5" adlı üç yeni blokdan istifadə edib.

Hazırda "SpaceX" korporasiyası "Super Heavy" adlı ilk pillədən və "Starship" gəmisindən ibarət yeni superağır raket hazırlayır. Gələcəkdə "Super Heavy" və "Starship" şirkətin bütün raketlərini və kosmik gəmilərini əvəzləməli, tək Marsa uçuş və Günəş sistemində səyahətlər üçün universal sistemə çevrilməklə yanaşı, ulduz sistemlərinə uçuş üçün yararlı vasitə olmalıdır.

"Falcon Heavy" raketi aşağı dayaq orbitiinə 63,8 tona qədər yük çıxarda bilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
İlon Maskdan yeni möhtəşəm nəticə