Göz rənginizə görə xarakter analizi

Day.Az представляет новость на азербайджанском языке

Gözlər qəlbin aynasıdır deyirlər. Lakin burada sadəcə baxışlar nəzərdə tutulmur. İsveç alimləri apardıqları təcrübələrlə sübut etdilər ki, əslində, gözlərimiz qarşımızdakı şəxslərə özümüz haqqında məlumatlar verir.

Day.Az Azmedia.az-a istinadən bildirir ki, İsveçdəki Orebro universitetinin alimləri  428 nəfərlik təcrübə ilə çox maraqlı işə imza atıblar. Onlar göz rənglərinin insanların xarakterlərinə yansıyıb - yansımamasını öyrənmək istəyirdilər.Təcrübələr nəticəsində məlum oldu ki, göz rəngləri həqiqətən də insanların xarakterləri haqqında məlumatlar verir. Bəs hansı göz rəngi hansı xarakterlərə malikdir?

1. Tünd qəhvəyi və qaraya yaxın gözlər:

Doğuşdan liderlik xüsusiyyətlərinə sahib və çox kəskin qərarlar verə bilən şəxslər çox vaxt bu göz rənginə sahib olurlar. Göz bəbəyindəki qaranın çox olduğu gözlərə sahib olan insanlar digər şəxslər tərəfindən daha çox sevilir. Bu da onların lider olmalarına gətirib çıxarır. Eyni zamanda bu göz rənginə malik şəxslər adaptasiya olmaqda çox uğurlu olduqlarından idman sahəsində də bacarıqlı olurlar. Bu rəng gözə malik insanlar çox canlı və ehtiraslı olurlar. Bir işlə məşğul olan zaman özlərini bu işə həsr etməlidirlər. Əks halda, uğursuz ola bilərlər. Rəqabət uğrunda hər yola əl atırlar. Tək məqsədləri uğurlu olmaqdır. Hər kəslə ünsiyyətdə olmurlar, həmçinin, güvəndikləri insanlar da olduqca az olur. Güvən problemləri olduğu üçün sevgidə üzləri elə də gülmür. Lakin olduqca sadiq və etibarlıdırlar. Yalan danışmağı sevmirlər.

2. Mavi gözlər:

Mələk və ya şeytan... Hansı olacağınıza özünüz qərar verə bilirsiniz. Mavi göz rənginə sahib insanlar çox vaxt eqolu biri kimi tanınırlar. Yeniliklərə hər zaman açıq olurlar. İnsanları təsir altına ala bilirlər. Buna görə də pisliyi seçən mavi gözlü insanlar çox təhlükəli olurlar. Modern həyat tərzini sevirlər. Ümumiyyətlə, xoşbəxt olmağı qarşılarına hədəf qoyurlar və həyatlarına bunu nəzərə alaraq yön verirlər. Kitab oxumağı, mahnıları çox sevirlər. Bütün bunlarla yanaşı incəsənətə olan sevgilərini qeyd etməsək olmaz. İncə ruhlu insanlardırlar. Hisslərə önəm verir, kəşf etməyi və öyrənməyi sevirlər. Daima gülərülü olurlar. Azad ruhludurlar. Təzyiq altında olmaqdan, kiminsə onları yönləndirməyə çalışmasından xoşlarıgəlmir. Münasibətlərində daima sərhəddi qoruyurlar. Buna görə də onlar istəmədiyi müdətcə heç kim sərhədi keçə bilməz. Ağrıya dözümlü olurlar. Doğum sancısı və hamiləlik stressini mavi gözlü qadınların daha rahat başa vurduqları təsdiqlənmişdir.

3. Boz gözler:

Çox nadir hallarda rast gəlinən bu gözlər,əslində, mavi rəngin bir növüdür. Buna görə də boz rəngli gözləri olan insanlar da istədikləri xarakterdə davrana bilirlrə. Lakin onlar çox vaxt yaxı insan olmağı seçirlər. Bu göz rənginə malik insanlar mələk kimi olurlar desək heç də yanılmarıq. İnsanlara yardım etməkdən, onların üzlərini güldürməkdən başqa istəkləri yoxdur. Mərhəmətli və eyni zamanda ədalətli olmaq barədə çox həssasdırlar. Ədalətsizliyə dözə bilmirlər. Buna görə də hər kəslə eyni səviyyədə rəftar etməyə çalışırlar. Bunlarla yanaşı, həmçinin, sirrli xarakterləri var. Onları tamamilə anlamaq mümkün deyildir. İnsanlara özləri haqqında məlumat verməyi sevmirlər, lakin qarşılarındakı şəxs barədə çoxlu məlumat bilmək istəyirlər. Buna görə də çox sevilən və dəyər verilə insanlardır.  Eşq münasibətlərində də çox həssas olurlar. Lakin bunu qarşı tərəfə bildirməməyə çalışırlar. Xarakter baxımından hər nə qədər çətin insanlar olsalar da, boz rəngli gözləri olan insanlar çox şanslıdırlar.

4. Ala gözlər:

Ala gözlü insanlar hər zaman fərqli bir xarakterə sahibdirlər. Gözlərinin rəngi işığa görə yaşıldan qəhvəyi rəngə doğru tez-tez dəyişməkdədir. Bu göz rənginə malik insanlar tamamilə azad ruhlu insanlardır. Heç vaxt bir qəlibə bağlı olaraq yaşaya bilmirlər. Həyatlarında tez-tez dəyişiklik istəyirlər. Əylənməyi, dostlarla vaxt keçirməyi çox sevirlər. Aktiv insanlar olduqları üçün daima birdən çox dost qruplarına sahib olurlar. Daima fərqli şeylər öyrənmək, özlərini kəşf etmə istəyirlər. Ümumiyyətlə, həyatlarını plansız yaşamağı xoşalyırlar. Hissləri dəyişkən olduğu üçün nə hiss etdiklərini anlamaq mümkün olmur. 5 dəqiqə əvvəl əsəbdən dəliyə dönən ala gözlü insanlar, 5 dəqiqə sonra qəhqəhə atıb gülə bilərlər. Belə qarışıq əhval-ruhiyyəli olmaq zaman-zaman onların özlərini də yorur. Fəlsəfəni, öyrəndiklərini insanlara danışmağı sevirlər. Buna görə də boz rəngli gözləri olan insanların daima danışacaq nələri isə olur.

5. Yaşıl gözlər:

Yaşıl gözlü insanların olduqca cazibədar olduqlarını qeyd etməsək, böyük bir səhvə yol vermiş olarıq. İnsanların mütləq diqqət yetirməli olduqları xarakterə malikdirlər. Liderlik ruhuna sahib olmasalar belə, insanları asanlıqla təsir altına ala bilirlər. Həm çox sirrli, həm də özgüvənli xarakterləri ilə fərqlənirlər. Həmçinin, olduqca da yaradıcı fikirli olurlar. Bəsitlik və sadəlikdən heç xoşları gəlmir. Daima fərqli və parlaq fikirləri ilə seçilirlər. Buna görə də işlədikləri yerlərdə yaranmış böhranı rahatlıqla aradan qaldıra bilirlər. Sakit və düşüncəlidirlər. Heç vaxt düşünmədən danışmazlar. Ağllarına batmayan şeyləq haqqında danışmağı sevmirlər. Bir iş görən zaman yüz ölçüb bir biçirlər. Harda necə davranacaqlarını bilən insanlardırlar. Qəlb qırmağı sevmədikləri üçün sözlərini incitmədən deməyə çalışırlar. Bu xasiyyətlərinə görə çox sevilirlər.

Qonur gözlər:

Bu göz rənginə malik insanların olduqca sevimli olduqlarını deməyə gərək yoxdur. O qədər dost canlısı və istiqanlıdırlar ki, sevilməmələri qeyri-mümkündür. Lakin sevimli olduqları qədər də ağır təbiətli insanlardırlar. İnsanlara olan hörmətləri və kübarlıqları sayəsində çox sevilirlər. Qarşısındakı şəxs kim olur olsun, daima hörmətlərini saxlayırlar. Xaricdən hər nə qədər soyuq biri kimi görünsələr də, insanlarla söhbət etməyə başlayan zaman heç də elə olmadıqları məlum olur. Sevdikləri insanları daima qorumağa çalışırlar. Qonur rəngli gözləri olan insanlar yalan danışmağa nifrət edirlər. Sevdiklərinə və ətrafındakılara qarşı dürüst və sadiq olurlar, həmçinin, onlardan da eynisini gözləyirlər. Hisslərini öz içlərində yaşayırlar. Xırdalıqlara çox diqqət yetirirlər. Çalışqan insanlardırlar, boş qalmaq onlara görə deyil. Daima məşul olmağa nə isə tapırlar. Əks halda özlərini pis hiss edirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.