Lalə Azərtaş "ATV Səhər"dən GEDİR? - ATV-nin rəhbəri AÇIQLADI

Day.Az представляет новость на азербайджанском языке
Həftə içi beş gün Azad Azərbaycan (ATV) telekanalında yayımlanan "ATV Səhər" verlişində nədənsə, bir müddətdir ki, aparıcılar- İlqar Mikayıloğlu və Lalə Azərtaş görünmür.
Day.Az Redaktor.az-a istinadən xəbər verir ki, aparıcıların efirdə görünməməsi, onların bu layihədən uzaqlaşdırılması ilə bağlı şaiələrə səbəb olub. Hətta bu səhər telekanalın idman proqramının aparıcısı Sənan Şəfizadənin aparıcı qismində "ATV Səhər"də görünməsi, diqqətləri çəkib.
Baş verənlərin həqiqət və ya doğrudan da şaiə olub-olmadığını dəqiqləşdirmək üçün aparıcılarla əlaqə saxlamaq cəhdimiz nəticəsiz qaldı.
Məsələ ilə bağlı Redaktor.az-ın sualını cavablandıran telekanalın rəhbəri Azər Xəlilov isə bunları dedi:
"Deyilənlər şaiədir və heç bir əsası yoxdur. Heç kim heç yerdən uzaqlaşdırılmayıb".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре