https://news.day.az/azerinews/1190103.html Faiq Ağayev ad günündə məxsusi jest edib: “Asta-asta” hər yerdə - FOTO Bu gün ad gününü qeyd edən Azərbaycanın xalq artisti, "Cənab Qızıl Şlyager" Faiq Ağayev sevənləri üçün maraqlı jest edib. Day.Az İnterval.az-a istinadən xəbər verir ki, xalq arstisti "Facebook" sosial şəbəkəsində yeni ifa etdiyi "Asta-asta" mahnısının bu gündən etibarən ölkənin bütün radio dalğalarında yaımlanacağını qeyd edib.

Faiq Ağayev ad günündə məxsusi jest edib: “Asta-asta” hər yerdə - FOTO

Azərbaycanca, 29 декабря 2019 17:29 (UTC +04:00) 2 150
Faiq Ağayev ad günündə məxsusi jest edib: “Asta-asta” hər yerdə

Bu gün ad gününü qeyd edən Azərbaycanın xalq artisti, "Cənab Qızıl Şlyager" Faiq Ağayev sevənləri üçün maraqlı jest edib.

Day.Az İnterval.az-a istinadən xəbər verir ki, xalq arstisti "Facebook" sosial şəbəkəsində yeni ifa etdiyi "Asta-asta" mahnısının bu gündən etibarən ölkənin bütün radio dalğalarında yaımlanacağını qeyd edib.

Davamlı həm ad günü ilə, həm də yeni yaradıcı işlə bağlı təbrik mesajları alan F.Ağayevin yayımladığı video da qeyri-adiliyi ilə seçilir. Elçin Səlimovun müəllifi olduğu qısa video maraqla izlənilir.

Məlumat üçün bildərək ki, 29 dekabr 1971-cı ildə Bakıda anadan olan F.Ağayev, peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olub və bu müsabiqədən sonra "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbəikən peşəkar ifaçı kimi ad qazanıb.

Pərəstişkarlar arasında "Cənab Qızıl Şlyager" adını qazanan F.Ağayev, yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib. O, 2013-cü və 2015-ci illərdə Beynəlxalq "Eurovision" mahnı müsabiqəsinin Azərbaycan milli münsiflər heyətinin üzvü olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Faiq Ağayev ad günündə məxsusi jest edib: “Asta-asta” hər yerdə
  • Faiq Ağayev ad günündə məxsusi jest edib: “Asta-asta” hər yerdə
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости