Arutyunyan Köçəryanın oğluna:

Yerevanda ümumi yurisdiksiya məhkəməsi yaxınlığında təxminən 200 nəfər Ermənistanın keçmiş prezidenti Robert Köçəryana dəstək olmaq üçün toplandı. Etirazçılar arasında keçmiş prezidentin oğlu Levon Köçəryan da var idi.

Milli.Az erməni KİV-lərinə istinadən bildirir ki, Ermənistan Xalq Partiyası sədrinin müavini Qriqor Arutyunyan hesab edir ki, Ermənistan təkcə bu müharibədə uduzmayıb, son 25 ildə məğlub olub və hər il uduzub. Bu fikirlə Köçəryan tərəfdarlarının "Müharibə zamanı ölkənin başçısı Robert Köçəryan, Serj Sarqsyan olsaydı Ermənistan Qarabağdakı müharibəni uduzmazdı" şüarına münasibətini bildirib.

Qrigor Arutyunyan hakimiyyəti tənqid edən R.Köçəryanın oğlu Levon Köçəryana bir sual verib: "Ay bala, atan aslanın yanına gedəndə hansı pulla getmişdi? Bu gün niyə məğlub olduq? Müdafiə xətti səngərləri 30 il əvvəl tikildiyini göstərir. Niyə Füzuli-Horadizdə müdafiə xətti yox idi? Niyə Köçəryanın oğlu atasına bir aslan ovlamaq əvəzinə ordu üçün bir-iki PUA alacağını söyləmir?".

Partiya sədrinin müavini, Qarabağın cənubunda, R.Köçəryana məxsus, artıq istismara verilmiş qızıl yatağının da Azərbaycanın (Zəngilandakı Vejnəli yatağını nəzərdə tutur - red.) nəzarətinə keçdiyini bildirib. Q.Arutyunyan Ermənistanın hazırkı səlahiyyətlilərini orduya necə sahib olduqlarını ictimaiyyətə bildirmədiklərini, böyük hərbi birliklər komandirlərinin hansı əmlaklara sahib olduqlarını və necə əldə etdiklərini öyrənmədikləri ilə bağlı günahlandırır.

"Meqri hərbi birliyin keçmiş lideri Qafanda lüks bir otel tikib", - Qrigor Arutyunyan deyib.