https://news.day.az/azerinews/1716689.html Bu fəaliyyət üçün icazələr online verilə bilər - RƏSMİ "Bu il ov mövsümünün hələ də açılmaması ölkə ərazisində aparılan heyvan və quş növlərinin sayğı nəticələri ilə bağlıdır". Day.Az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan "Ekspert saatı"nda deyib.

Bu fəaliyyət üçün icazələr online verilə bilər - RƏSMİ

Azərbaycanca, 19 декабря 2024 16:55 (UTC +04:00) 950
Bu fəaliyyət üçün icazələr online verilə bilər

"Bu il ov mövsümünün hələ də açılmaması ölkə ərazisində aparılan heyvan və quş növlərinin sayğı nəticələri ilə bağlıdır".

Day.Az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan "Ekspert saatı"nda deyib.

O qeyd edib ki, hazırda mütəxəssislər tərəfindən araşdırma və monitorinqlər davam edir.

A. Babayeva, həmçinin əhali arasında onlayn ov icazəsinin tətbiqinə marağın az olduğunu açıqlayıb. Onun sözlərinə görə, vətəndaşlar onlayn formada icazədən daha çox "ASAN" xidmət mərkəzlərinə müraciət edərək ovçuluq biletlərini əldə etməyə üstünlük verirlər.

Qurum rəsmisi deyib ki, gələcəkdə onlayn ov icazəsinin tətbiqinin həyata keçirilməsi də nəzərdə tutulub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости