YAP Veteranlar Şurasının fəaliyyət istiqamətləri müəyyənləşib
Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının fəaliyyət istiqamətləri müəyyən edilib.
Day.Az Trend-ə istinadən bildirir ki, Şuranın fəaliyyət istiqamətləri YAP İdarə Heyətinin 10 sentyabrda keçirilən iclası zamanı təsdiq edilən Əsasnamədə öz əksini tapıb.
Əsasnaməyə görə, Veteranlar Şurası Partiyanın strukturuna daxil olan və Əsasnamə ilə müəyyən edilmiş istiqamətlər üzrə ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən məşvərətçi kollegial qurumdur.
Veteranlar Şurasının say tərkibi YAP-ın Qurultayı tərəfindən müəyyənləşdirilir.
Veteranlar Şurasının üzvləri, həmçinin sədri və sədr müavini YAP Sədrinin təqdimatı əsasında Qurultayın qərarı ilə beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad olunurlar.
Veteranlar Şurasını üzvlərdən tərk edən olarsa, YAP-ın İdarə Heyəti özü onun tərkibinə yeni üzvlər daxil etmək (kooptasiya) hüququna malikdir. İdarə Heyətinin Veteranlar Şurası üzvlüyünə yeni üzvlərin daxil edilməsi barədə qərarı YAP-ın növbəti Qurultayında təsdiq edilməlidir.
Veteranlar Şurası üzvünün vəfat etdiyi və ya YAP-da üzvlüyünə xitam verildiyi halda, o Veteranlar Şurasının üzvlüyündən çıxarılmış hesab olunur.
Veteranlar Şurasının sədri Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir,
Veteranlar Şurasını təmsil edir, iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və keçirilən iclaslarda sədrlik edir, o cümlədən Veteranlar Şurasının səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Veteranlar Şurasının iclaslarına çıxarır.
Sədr həmçinin öz təşəbbüsü ilə, habelə Veteranlar Şurasının hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri Veteranlar Şurasının iclasında iştirak etməyə dəvət edir, Veteranlar Şurasının adından çıxarılan qərarları, məktubları və Veteranlar Şurasının fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре