"Bazel" Bakıya gəlir

İsveçrənin "Bazel" klubu "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunu üçün Bakıya yola düşüb.

Day.Az Offsideplus.az-a istinadən bildirir ki, komanda günorta saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna çatacaq.

Saat 19:30-da Bakı Olimpiya Stadionunda İsveçrə təmsilçisinin baş məşqçsii Patrik Rahmenin mətbuat konfransı, saat 20:00-da isə komandanın matçdan əvvəl son məşqi gerçəkləşəcək.

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.