Ukrayna müharibəsində nə qədər rus əsgəri öldürülüb?

"Qismən səfərbərlik çərçivəsində ehtiyatda olan 300 min nəfər xidmətə çağırılacaq".

Day.Az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Şoyqu çıxışı zamanı Rusiyanın döyüşə yararlı şəxsi heyəti barədə də danışıb. O bildirib ki, Rusiyanın səfərbərlik resursu təxminən 25 milyon nəfər nəfərdir.

"Qismən səfərbərliyə düşənlərin sayı bu rəqəmin 1 %-dən bir qədər çoxunu təşkil edir. Ukraynadakı "xüsusi əməliyyat" zamanı Rusiyanın itkiləri 5937 nəfər təşkil edib."

Nazir bildirib ki, Rusiya bu gün Ukrayna ilə deyil, Qərblə müharibə vəziyyətindədir.