https://news.day.az/azerinews/1516074.html
Rumıniya və Azərbaycan Orta Dəhlizin inkişafında maraqlıdır - səfir
Rumıniya və Azərbaycan Orta Dəhlizin inkişafında maraqlıdır - səfir
Rumıniya və Azərbaycan Orta Dəhlizin inkişafında maraqlıdır.
Day.Az xəbər verir ki, bunu cümə axşamı Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare "Rumıniyanın Milli Günü və Rumıniyanın Böyük Birləşməsinin 104-cü ildönümü" münasibətilə keçirilən tədbirdə deyib.
"Rumıniya və Azərbaycan coğrafi baxımdan əlverişli yerlərdə yerləşən və nəqliyyat qovşağı olan Bakı və Konstansa limanları ilə Avropa və Asiyanı birləşdirən Orta Dəhlizin inkişafında maraqlıdırlar", - deyə səfir bildirib.
Səfir qeyd edib ki, bu illər ərzində Rumıniya ilə Azərbaycan arasında siyasət, enerji, nəqliyyat, mədəniyyət və digər sahələrdə əlaqələr fəal inkişaf edir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре