Azərbaycanda inanclı olduğu üçün həbs edilən adam eşitməmişəm

Azərbaycanda inanclı olduğu üçün həbs edilən adam eşitməmişəm.

Day.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, əgər adam səhv edirsə, səhvinə görə tutulur və ittiham edilir.

"Ölkəmizdə inancsız adam yoxdur. Dinindən asılı olamayaraq hamı inanır", - deyə o əlavə edib.