Britaniyanın Azərbaycandakı səfiri Ramazan bayramı münasibətilə paylaşım edib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

Day.Az xəbər verir ki, bununla bağlı səfir özünün "Twitter" hesabında Azərbaycan dilində paylaşım edib.

Paylaşımda deyilir:

"Dünya və Azərbaycan müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edirəm! Allah tutduğunuz orucları qəbul etsin!"