Bakıda evdən çürümüş insan meyiti tapıldı

Bakıda evdən çürümüş meyit tapılıb.

Day.Az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində baş verib.

Həmin qəsəbədə yaşayan 1951-ci il təvəllüdlü Yakşamkin Yuriy Petroviçin çürüməyə məruz qalmış meyiti yaşadığı evdə aşkar edilib.

Faktla bağlı Bakı şəhəri Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.