Avtoqəzadan sonra bu halda polis cərimə yazır - VİDEO
Əvvəlki aylara nisbətən sığorta ödənişi almaq üçün müraciət edənlərin sayı təxminən iki dəfə artıb.
Apardığımız sorğu zamanı sürücülərin əksəriyyəti də bunu təsdiqlədilər. Onlar bu müraciətləri qış aylarında qarlı-buzlu yollarda baş verən qəzaların artması ilə əlaqələndirdilər.
Day.Az xəbər verir ki, sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov da deyir ki, adətən hər il bu aylarda sığorta ödənişi almaq üçün müraciətlər artır. Lakin ödənişin edilib-edilməməsi və ya hansı müddətdə ödənməsi məsələləri sürücüləri daimi narahat edir.
Ekspertin sözlərinə görə, tərəflər arasında hadisənin səbəbkarı ilə bağlı hər hansı mübahisə və qəzada xəsarət alan yoxdursa, avtomobili kənara çəkmək olar. Lakin hadisə yerindən tamamilə uzaqlaşmaq məsləhət deyil. Qəza iştirakçıları hadisə yerini tərk etdikdən sonra polisə və ya sığorta şirkətinə məlumat verərsə, bu, məsuliyyət yaradır. Belə olan halda isə yol polisi hadisə yerindən yayınmaya görə 4 bal və 80 manat cərimə tətbiq edə bilər. Sığorta şirkəti isə bu halda dəyən ziyanı ödəməkdən imtina etmək hüququna malikdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре