https://news.day.az/azerinews/1633599.html
Bu tətbiqlə ölkədən çıxışa "Stop" qoyulmasını yoxlamaq olar - E-Polis istifadəyə verildi
Bu tətbiqlə ölkədən çıxışa "Stop" qoyulmasını yoxlamaq olar - E-Polis istifadəyə verildi

Daxili İşlər Nazirliyinin E-Polis mobil tətbiqi istifadəyə verilib.
Day.Az xəbər verir ki, tətbiq vasitəsilə məhkumluq, nəqliyyat vasitəsinin zədələnməsi, axtarışda olması və yüklü olması, icbari sığorta və vətəndaşın olduğu yer üzrə arayışlar üçün müraciətlər etmək və onları rəqəmsal formada əldə etmək mümkündür. Eyni zamanda tətbq vasitəsilə vətəndaşlar ölkədən çıxışlarına qadağa qoyulub-qoyulmadığını da yoxlaya bilərlər.
Tətbiqi artıq "Play store" və "App store" vasitəsilə mobil telefonlara yükləmək mümkündür.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре