https://news.day.az/azerinews/1716201.html
Səbail rayonunda minik avtomobilində yanğın baş verib - VİDEO
Paytaxtın Səbail rayonu, İ.Səfərli küçəsində minik avtomobilində yanğın baş verib. Day.Az xəbər verir ki, hadisə barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə daxil olub. Məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal əraziyə cəlb edilib.
Səbail rayonunda minik avtomobilində yanğın baş verib - VİDEO

Paytaxtın Səbail rayonu, İ.Səfərli küçəsində minik avtomobilində yanğın baş verib.
Day.Az xəbər verir ki, hadisə barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə daxil olub.
Məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal əraziyə cəlb edilib. Operativ müdaxilə nəticəsində "KİA" markalı avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın zamanı avtomobilin salonu və mühərrik hissəsi zərər görüb, lakin avtomobilin digər hissələri və yaxınlıqda park edilmiş digər nəqliyyat vasitələri yanğından mühafizə edilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре