Moskva–İrəvan təyyarəsində sərnişin ölüb

Moskva-İrəvan reysi ilə uçmağa hazırlaşan təyyarədə ölüm faktı qeydə alınıb.

Day.Az-ın erməni KİV-nə istinadən xəbərinə görə, bu barədə "Armenian Airlines"ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yaşı 50-yə yaxın olan şəxsin vəziyyəti qəflətən pisləşib. Həm ekipaj üzvlərinin, həm də təyyarədə olan iki həkimin ona ilkin yardım göstərmək cəhdləri uğursuz olub.

İstintaqçılar cəlb edilib, araşdırma başlanıb.