https://news.day.az/azerinews/1720690.html
Britaniyada əlverişsiz hava şəraiti səbəbindən bir neçə hava limanı bağlanıb
Qar və şaxtalı yağış bazar günü Böyük Britaniyada bir neçə hava limanının bağlanılmasına səbəb olub. Day.Az-ın məlumatına görə, bu barədə "Sky News" televiziya kanalı xəbər verib. Məlumata əsasən, xüsusilə Mançester, Liverpul, Birmingem və Bristol hava limanlarının fəaliyyəti dayandırılıb.
Britaniyada əlverişsiz hava şəraiti səbəbindən bir neçə hava limanı bağlanıb
Qar və şaxtalı yağış bazar günü Böyük Britaniyada bir neçə hava limanının bağlanılmasına səbəb olub.
Day.Az-ın məlumatına görə, bu barədə "Sky News" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, xüsusilə Mançester, Liverpul, Birmingem və Bristol hava limanlarının fəaliyyəti dayandırılıb.
Aeroport xidmətləri uçuşların yola salınması və qəbulunun dayandırılması barədə sərnişinləri məlumatlandırıb, uçuş-enmə zolaqlarının qaydaya salınması üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре