Tibetdə 7 ballıq zəlzələ oldu

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb, 38 nəfər isə yaralanıb.

Day.Az xəbər verir ki, bu barədə Çin Dövlət Xəbər Agentliyi "Xinhua" məlumat yayıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, Nepal sərhədi yaxınlığında TMR-də 7,1 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqadze şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Xilasetmə işləri davam edir, yerli hakimiyyət orqanları zərərçəkmişlərə yardım üçün resursları səfərbər edib.

---------
07:46

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Bölgəsində baş verən güclü zəlzələ ciddi dağıntılara və insan tələfatına səbəb olub.

Day.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası xəbər yayıb.

Hazırda ölənlərin dəqiq sayı məlum olmasa da, yerli hakimiyyət orqanları axtarış-xilasetmə işlərinə başlayıb və zəruri resursları səfərbər edib. Zəlzələ bölgəsində yeraltı təkanların təkrarlanma ehtimalı səbəbindən əhali təxliyə edilir.

Hadisənin miqyası və dəqiq nəticələri ilə bağlı əlavə məlumatların verilməsi gözlənilir.

---------
06:29

Çinin cənub-qərbində, Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində 7,1 bal gücündə güclü zəlzələ baş verib.

Day.Az-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri 80 min nəfərdən çox əhalisi olan Şiqatse şəhərindən 163 km cənub-qərbdə yerləşib.

Zəlzələnin ocağı 10 km dərinlikdə olub. Hazırda tələfat və dağıntılar barədə məlumat verilməyib, lakin hadisənin yaşanmış ərazilərdə ciddi təsir yaratmadığı bildirilir. Zəlzələ bölgədəki sakinlər arasında narahatlıq yaradıb, amma ətraflı məlumatların əldə edilməsi üçün araşdırmalar davam edir.