Ferdi Tayfur və qızı ilə bağlı bilinməyənlər - "Atasına təhqir mesajları göndərirmiş..." - FOTO
Yanvarın 2-də vəfat edən məşhur sənətçi Ferdi Tayfurun vəkili Hakan Tamgüç müğənni və qızı ilə bağlı bilinməyənləri açıqlayıb.
Day.Az Milli.Az-a istinadla xəbər verir ki, Tayfurun qızı Tuğçe Tayfuru mirasdan məhrum etməyi planlaşdırdığını açıqlayıb. Vəkilin sözlərinə görə, Tayfur bu qərarı xəstəliyi keçdikdən sonra həyata keçirməyi düşünürdü. Həmçinin, Tuğçenin atasına qarşı təhqir mesajları göndərdiyi və məhkəmə yolu ilə Tayfuru və mahnılarını da məhkəməyə verdiyi iddia edilib.
Tamgüç Ferdi Tayfurun Tuğçe ilə barışmaq istəyinin yalan olduğunu da qeyd edib, "Əgər belə bir şey olsaydı, mən barışardım" deyərək, Tuğçenin qurban rolu oynadığını bildirib.
Vəkil Tayfurun həyatında müsbət işlərindən və uşaqlara yardım etməsindən də bəhs edib, onun əmlakları ilə bağlı çıxan xəbərlərin isə çoxunun yalan olduğunu vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре