Sadır Japarov Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması və nəticədə insanların həlak olmaları ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan həlak olanların ailələrinə və doğmalarına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm".