Juninyonun həyat yoldaşından vida paylaşımı

"Qarabağ"ın futbolçusu Juninyonun "Flamenqo"ya transfer olmaq üçün Braziliyaya yollandığı barədə məlumat vermişdik. Onun transferiniun bu gün tibbi müayinədən keçdikdən sonra rəsmən tamamlanacağı gözlənilir.

Day.Az publika.az-a istinadən xəbər verir ki, Juninyonun həyat yoldaşı Vivya sosial şəbəkə hesabında paylaşım edib.

O, "Qarabağ"la vidalaşıb:

"Bizi qarşıladığınız və günlərimizi xoşbəxt etdiyiniz üçün təşəkkür edirik. Gözəl hekayə idi. Sonsuz minnətdarıq. "Qarabağ", inanılmazsan. Dünyadakı bütün uğurları bu kluba arzulayıram".