https://news.day.az/azerinews/1723223.html
Atasının evinə qonaq gedən kişi itkin düşdü - FOTO
İsmayıllıya qonaq gedən kişi itkin düşüb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Atasının evinə qonaq gedən kişi itkin düşdü - FOTO

İsmayıllıya qonaq gedən kişi itkin düşüb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhər sakini, 1973-cü il təvəllüdlü Faiq Qardaşxan oğlu Bəbişov dekabrın 6-da İsmayıllı rayonunda yaşayan atasının evindən çıxaraq naməlum istiqamətdə gedib.
Onun əlamətləri: boyu 170 sm, gözlərinin rəngi şabalıdı, saçları sarımtıldır.
F.Bəbişovun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in "102" Xidməti- Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)282-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре