https://news.day.az/azerinews/1724999.html
Cərimələr 4 dəfə artırılır - RƏSMİ
Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimələr 4 dəfə artırılır. Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Cərimələr 4 dəfə artırılır - RƏSMİ
Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimələr 4 dəfə artırılır.
Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə xəbərdarlıq ediləcək və ya iki yüz manat məbləğində cərimə ediləcək.
Qüvvədə olan qanunvericiliyə əsasən, bu cərimə 50 manatdır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре