https://news.day.az/azerinews/1725569.html
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib - FOTO
Cəlilabadda baş verən qəzada avtomobillərə ziyan dəyib. APA-nın verdiyi xəbərə görə, hadisə Cəlilabad şəhərinin Heydər Əliyev prospektində baş verib. "Hyundai" və "Mercedes" markalı avtomobillər toqquşub. İlkin məlumata görə qəzanın avtomobillərdən birinin ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi zamanı baş verdiyi deyilir.
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib - FOTO
Cəlilabadda baş verən qəzada avtomobillərə ziyan dəyib.
APA-nın verdiyi xəbərə görə, hadisə Cəlilabad şəhərinin Heydər Əliyev prospektində baş verib. "Hyundai" və "Mercedes" markalı avtomobillər toqquşub. İlkin məlumata görə qəzanın avtomobillərdən birinin ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi zamanı baş verdiyi deyilir.
Hadisədə xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Hazırda qəzaya uğrayan avtomobillərin hadisə yerindən çıxarılması və hadisənin təfərrüatlarının araşdırılması davam edir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре