https://news.day.az/azerinews/1725798.html
Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının maaşları artırılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Dövlət Gömrük Komitəsi və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре