Azərbaycanda daha bir azyaşlı uşaq öldü

İsmayıllıda azyaşlı dərmandan zəhərlənib.

Day.Az lent.az-a istinadən xəbər verir ki, 3 yaşlı Şiralı Ramil oğlu Tahirov yaşadığı evdə dərmandan zəhərlənmə ilə Göyçay rayon xəstəxanasına gətirilib.

Lakin xəstəxanada görülən tədbirlərə baxmayaraq, azyaşlını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.