Bələdiyyə seçkilərində 24 siyasi partiyanın iştirakı gözlənilir

Bələdiyyə seçkilərində 24 siyasi partiyanın iştirakı gözlənilir.

Day.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, namizədlərdən 8 424-ü partiyaların nümayəndələridir:

 

"Partiyaların iştirakı bütün son seçkilərdə özünü yüksək səviyyədə göstərib. Namizədlərin yarıdan çoxunu partiyalar irəli sürüblər. Fərdi qaydada namizədliyini irəli sürənlərin də sayı çoxdur. Bu da ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır", - o bildirib.

Qeyd edək ki, sabah keçiriləcək seçkilərdə seçki məntəqələri səhər saat 08:00-da açılacaq və səsvermə prosesi saat 19:00-da yekunlaşacaq. Seçkilərdə ümumilikdə 685 bələdiyyə üçün 16 min 92 namizəd mübarizə aparır.