Azərbaycanda bələdiyyə seçkilərində səsvermə prosessi davam edir

Azərbaycanda bələdiyyə seçkilərində səsvermə prosessi davam edir.

Day.Az xəbər verir ki, səsvermə prosessi başlandığı andan etibarən məntəqələrdə seçici fəallığı müşahidə edilir.

Qeyd edək ki, saat 12:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 020 231 seçici səsvermə hüququndan istifadə edib. Seçici fəallığı 17,11 faiz olub.

 

Xatırladaq ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Seçki məntəqələri səhər saat 08:00-da açılıb.

Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Səsvermə prosesi saat 19:00-dək davam edəcək.