Tıxaclarla mübarizə

Xırdalan dairəsində təkmilləşmə işləri aparılacaq, Ziya Bünyadov prospekti istiqamətində yollar genişləndiriləcək, Şamaxı yolundan isə Xırdalan şəhərinə yeni yollar açılaraq.

Day.Az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə dair müşavirədə bildirib.

Onun sözlərinə görə, şəhər ətrafından paytaxta gün ərzində 400 min sərnişin daxil olmaqdadır. İlk olaraq Abşeron dairəvi yoluna qatarların əlavə edilməsi, yük qatarlarının dairəvi yola daxil olmasının qarşısının alınması üçün Güzdək-Qaradağ dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulub. Həmçinin Zabrat 2"-"Maştağa"-"Bağlar"-"Albalı", Bakıxanov-Binə-Qala-Yeni Suraxanı-Hövsan istiqamətində  köhnəlmiş və istifadədən çıxarılmış  dəmir yolları istifadəyə qaytarılacaq. Yeni Suraxanıdan isə Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xətti çəkiləcək.

Müşavirədə bildirilib ki, gün ərzində 630 mindən çox sərnişin Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə mərkəzə doğru hərəkət edirlər.

Qeyd olunub ki, Mehdiabad-Binəqədi istiqamətindən isə metronun "28 May" stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulub.

Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, şəhərətrafı dairəvi yolun tikintisinə də ehtiyac var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.