Ağcabədidə əl qumbarası partladı - ölənlər və yaralananlar var, cinayət işi başlanıb - ADLAR - FOTO - VİDEO
Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.
Day.Az bu barədə Baş Prokurorluğa istinadən xəbər verir.
Xəbər verildiyi kimi, Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən parlayış nəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir):
1. Quliyev Şamiq Əfqan oğlu (1959);
2. Quliyev Bəhruz Şamiq oğlu (1983);
3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);
4. Məmmədli Murad Vidadi oğlu (2018);
5. Quliyev Natiq Namiq oğlu (2018),
2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);
2. Quliyeva Aysun Namiq qızı (2015).
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Ətraflı
12:43
Ağcabədidə əl qumbarası partlaması nəticəsində ölən 5 nəfər və yaralanan 3 nəfərin kimliyi məlum olub.
Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə zamanı Quliyeva Fatimə, Quliyev Bəhruz, Məmmədli Məhəmməd, Məmmədli Murad, Quliyev Şamil həlak olublar.
Məmmədli Ülviyyə, Quliyeva Aysun, Quliyev Natiq isə yaralanıb.
Qeyd edək ki, TƏBİB və Baş Prokurorluğun məlumatına əsasən, partlayışda 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
XXX
12:28
Ağcabədidə əl qumbarası partlayıb ölən və yaralılar var.
Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.
Baş vermiş hadisə nəticəsi 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре