Hindistanda mikroavtobusla yük maşını toqquşdu:

Hindistanın şimalında yerləşən Pəncab əyalətində mikroavtobusla yük maşını toqquşub.

Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, qəza nəticəsində azı 9 nəfər ölüb, 15 nəfər isə ağır yaralanıb.

 

Məlumata görə, xilasetmə əməliyyatına beş təcili yardım maşını cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis qəza ilə bağlı cinayət işi açıb və araşdırmalara başlayıb.