https://news.day.az/azerinews/1727881.html
Bakıdakı ağır qəza - 3 nəfər öldü, sürücü qaçdı
Bakıda ağır yol qəzası baş verib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə gecə saat 00 radələrində Xəzər rayonu Qala-Zirə yolunda qeydə alınıb. Belə ki, Samir Paşayevin idarə etdiyi "Saipa" markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub.
Bakıdakı ağır qəza - 3 nəfər öldü, sürücü qaçdı
Bakıda ağır yol qəzası baş verib.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə gecə saat 00 radələrində Xəzər rayonu Qala-Zirə yolunda qeydə alınıb.
Belə ki, Samir Paşayevin idarə etdiyi "Saipa" markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub.
Nəticədə "Saipa" markalı avtomobildə olan sərnişinlər - Polad Salmanov, Rövşən Hüseynov və "Toyota Prius"un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.
"Toyota Prius"un sürücüsü isə hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре