2025-ci ildə pensiya ödənişlərinə 7 milyard 210 milyon manat vəsait ayrılacaq
2018- 2023-cü illərdə minimum pensiya 2,9 dəfə (110 manat / 280 manat), orta aylıq pensiya 2,6 dəfə (436 manat), yaşa görə orta aylıq pensiya 2,4 dəfə (467 manat) artıb.
Day.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirdiyi mətbuat konfransında məlumat verilib.
O bildirib ki, 2025-ci ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 11 faiz və ya 715 milyon manat çox olmaqla 7 milyard 210 milyon manat vəsait nəzərdə tutulub.
Həmçinin son beş ildə pensiya təminatına əlçatanlığın artırılması üçün mühüm addımlar atılıb:
- 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı olanlara avtomatik pensiya hüququ verilib, yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib.
- 2022-ci ildə qanuna 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırası genişləndirilib.
- Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahələr sırasına yeni 59 vəzifə, peşə əlavə edilib və s.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре