Yeni yolun tikintisindən görüntülər - VİDEO
![Yeni yolun tikintisindən görüntülər](https://img.day.az/2025/02/06/800x550/esasss.jpg)
Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam etdirilir.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, layihə üzrə 10 qovşağın, 14 körpünün, 1 kommunikasiyalar üçün kanal körpüsünün, 1 qapalı və 1 üstü açıq tunelin tikintisi nəzərdə tutulub.
Yeni yolun inşası Abşeron yarımadasının şimal-şərq hissəsindəki yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində nəqliyyat əlaqəsini təmin etməyə, eləcə də Bakı-Şamaxı-Yevlax magistral avtomobil yoluna çıxmaqla respublikamızın qərb zonası ilə səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре