İşğaldan azad olmuş ərazilərdə 11 məktəb fəaliyyət göstərir

İşğaldan azad olmuş ərazilərdə 11 məktəb fəaliyyət göstərir.

Day.Az xəbər verir ki, bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev bu gün təşkil edilən brifinqdə deyib.

O bildirib ki, həmin məktəblərdə 272 müəllim işləyir.

"Fəaliyyət göstərən məktəblərdə 2213 şagird təhsil alır. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə 6 məktəbəqədər təhsil müəssəsi fəaliyyət göstərir ki, orada da 16 tərbiyəçi çalışır və 183 uşaq təhsil alır" - deyə o əlavə edib.