Vətəndaşlarımız Azərbaycan dilini yaxşı bilməlidirlər - Nazir
Kim hansı dildə istəyirsə təhsil ala bilər. Lakin Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan dilini yaxşı bilməlidir.
Day.Az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bu gün təşkil edilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, elə vətəndaşlarımız var ki, Azərbaycan dilində yaxşı danışa bilmirlər.
"Bunu aradan qaldırmaq üçün tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dilinin dərs saatlarını artırmaq lazımdır. Bu da olacaq. Gələcəkdə dərs saatı artırıla bilər. Eyni zamanda Azərbaycan ədəbiyyatı fənnini də rus bölməsində ana dilində tədris etməyə hazırlaşırıq" - deyə o qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре