"Cücələrim" Çin səhnəsində səsləndirilib

"Cücələrim" nadir Azərbaycan mahnılarındandır ki, dünyanın onlarla dilinə tərcümə edilib.

Day.Az Sonxeber.az-a istinadən xəbər verir ki, musiqisi Qənbər Hüseynliyə, sözləri Tofiq Mütəllimova aid mahnı bu dəfə Çin səhnəsində səsləndirilib.

Çin Yeni ili münasibəti ilə Çinin Şansi vilayətinin peyk televiziya kanalının təşkil etdiyi qala-konserstdə "Cücələrim" bir daha ifa olunub.