https://news.day.az/azerinews/1728507.html
Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədovun nəşinin qalıqları dəfn edilib - FOTO
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Məmmədov Tərlan Fikrət oğlu Yevlax şəhər şəhidlər xiyabanında torpağa tapşırılıb. Day.Az Trend-ə istinadən bildirir ki, mərasimdə şəhidin doğmaları, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.
Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədovun nəşinin qalıqları dəfn edilib - FOTO
.jpg)
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Məmmədov Tərlan Fikrət oğlu Yevlax şəhər şəhidlər xiyabanında torpağa tapşırılıb.
Day.Az Trend-ə istinadən bildirir ki, mərasimdə şəhidin doğmaları, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.
Şəhid hərbi orkestrin dövlət himninin səsləndirilməsi və yaylım atəşi sədaları altında torpağa tapşırılıb.
Qeyd edək ki, Tərlan Fikrət oğlu Məmmədov 1975-ci ildə Yevlax rayon Aran qəsəbəsində doğulub. O Füzuli rayonunun Aşağı Abulrəmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş hesab olunub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре