Son bir ildə ölkə ərazisində quraşdırılan EDM-lərin sayı

Son bir ildə ölkə ərazisində quraşdırılan enerjidoldurma məntəqələrinin (EDM) sayı açıqlanıb.

Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə Zəngilanda keçirilən brifinq zamanı məlumat verib.

O bildirib ki, Bakı şəhəri və ətraf ərazilərdə 22, İşğaldan azad olunmuş ərazilərdə 7, digər regionlarda 15 EDM quraşdırılıb.

"Bir ədəd 60 kVt-lıq EDM məntəqəsinin Qusar şəhərində Şahdağ istirahət kompleksi yolunda quraşdırılması yekunlaşıb və program təminatına inteqrasiyası həyata keçirilir. Görülən işlər həm də alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə hədəflənib",- deyə o əlavə edib.