https://news.day.az/azerinews/1729187.html
Burkina Fasonun Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib
Burkina Fasonun Prezidenti İbrahim Traore Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: "Cənab Prezident.
Burkina Fasonun Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib
Burkina Fasonun Prezidenti İbrahim Traore Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Cənab Prezident.
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin ötən il dekabrın 25-də Qazaxıstan Respublikası ərazisində qəzaya uğraması və çoxsaylı insan tələfatı ilə əlaqədar böyük kədər hissi keçirdik.
Həmin faciəvi hadisə ilə bağlı Sizə dərin hüznlə başsağlığı verir və Burkina Faso xalqının həmrəyliyini ifadə edirəm.
Cənab Prezident, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре