https://news.day.az/azerinews/1729965.html
Azərbaycan "Sputnik Azərbaycan" və "BBC"nin redaksiyalarının işində tənzimləmələr edəcək
Azərbaycanda "Sputnik-Azərbaycan" və "BBC News Azərbaycanca" redaksiyalarının işinə tənzimləmələr ediləcək. Bu barədə Trend-ə məlumatlı mənbə xəbər verib.
Azərbaycan "Sputnik Azərbaycan" və "BBC"nin redaksiyalarının işində tənzimləmələr edəcək
Azərbaycanda "Sputnik-Azərbaycan" və "BBC News Azərbaycanca" redaksiyalarının işinə tənzimləmələr ediləcək.
Bu barədə Trend-ə məlumatlı mənbə xəbər verib.
"Qərar, Azərbaycan dövlət nəşrlərinin xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyət göstərdiyi şəraitdə tarazlığı bərpa etmək məqsədilə qəbul edilib. "Sputnik-Azərbaycan"ın Bakıda çalışan jurnalistlərinin sayı, AZƏRTAC dövlət agentliyinin Rusiyadakı jurnalistlərinin sayına bərabər olacaq. Yəni hazırkı vəziyyətə görə bu say 1 müxbirə endiriləcək", - mənbə bildirib.
Mənbə əlavə edib ki, eyni paritet yanaşma "BBC Azərbaycanca"ya da tətbiq ediləcək.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре