https://news.day.az/azerinews/1730046.html
Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır
34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası ilə bağlı vətəndaş müraciəti edilib. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat verib.
Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır
34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası ilə bağlı vətəndaş müraciəti edilib.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat verib.
Bildirilib ki, müraciət əsasında həm Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, həm də hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Gəncə şəhərində yerləşən Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə müəllimin 5-ci sinif şagidini döyməsi ilə bağlı mediada xəbərlər yayılıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре