Kanalizasiya suları Ceyranbatan su anbarına axır? - VİDEO
Sosial şəbəkələrdə Güzdək ərazisində kanalizasiya sularının Ceyranbatan su anbarına axıdıldığının iddia edildiyi görüntülər yayılıb.
Day.Az xəbər verir ki, görüntüləri çəkən şəxs gur axan suyun kanalizasiya suyu olduğu bildirilib.
O əlavə edib ki, həmin sular təxminən 200 metr aralıda olan Ceyranbatan içməli su anbarına axır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, həmin suların Ceyranbatan gölünə tökülməsi iddiası yanlışdır:
"Güzdəkdə tullantı su şəbəkəsi olmayan ərazidə məskunlaşmış sakinlərin istifadə etdiyi sular və qrunt suları ətrafa axır. Tullantı sulları açıq kanalla hərəkət edir və süni göl yaranır. Hazırda əhalinin həmin ərazidə sıx məskunlaşması tullantı sularının həcmini artırıb və göl daşıb".
"Həmin suların Ceyranbatan gölünə tökülməsi iddiası kökündən yanlışdır və absurddur. Hazırda kanal bağlanıb, axıntının qarşısı alınır", - rəsmi məlumatda vurğulanıb.
Sözügedən görüntüləri təqdim edirik:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре